Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Türkiyə və Rusiya niyə üz-üzə gəldi? – Ərdoğandan ŞOK AÇIQLAMALAR

İdlibdə 34 türk əsgərinin şəhid edilməsi ilə qarşı-qarşıya gələn Türkiyə və Rusiya münasibətləri martın 5-də Moskvada keçirilən görüşdə yenidən normallaşdı. Lakin əsas məsələ Rusiya və Türkiyənin son 5 ildə yüksək səviyyədə inkişaf edən münasibətlərinin qəfil pisləşməsinin səbəbləridir.
Türkiyə Prezidenti Rəəb Tayyip Ərdoğan Moskvadan qayıdanda təyyarədə jurnalistlərlə görüşdə bunun səbəblərini açıqlayıb.
“Bizim Rusiya ilə münasibətlərimiz 5 ildir çox yaxşı davam edirdi. Siz də bundan məmnun idiniz. Türkiyə bu münasibətlərdən həm iqtisadi, həm də siyasi dividendlər əldə etdi. Necə oldu ki, dekabr ayından etibarən Putinin münasibəti dəyişdi?” – jurnalistlər sual verib.
Ərdoğan cavabında bildirib: “Əslində çox də fərqli heç nə olmayıb. Zaman-zaman beynəlxalq münasibətlərdə buna bənzər proseslər, enişlər, çıxışlar ola bilir. Bu, Rusiya ilə münasibətlərimizdə bəlkə də ən sonda gözləyəcəyimiz şeydir. Çünki indi Rusiya ilə olan münasibətlərimiz heç nəyə bənzəmir. Bir tərəfdə müdafiə sənayesində, digər tərəfdə enerji sektorunda, “Türk axını” layihəsində, turizmdə atdığımız addımlar var. Bunlar olduqca əhəmiyyətli məsələlərdir. İndiki dövrdə üçüncü ölkələrdə bərabər ata biləcəyimiz addımların planlaşdırılması dövrünü yaşayırıq. Görünür, haradasa aramızdan “qara pişik” keçib”.
“İsrail ola bilərmi?” – jurnalistlər soruşur.
“Yox, o qədər zəif deyil”, – Ərdoğan cavabında bildirib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …