Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Türkiyə XİN: Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Türkiyə XİN-in tviter hesabında paylaşım edilib.

“Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun! Həm kədərdə, həm də sevincdə can Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək”, – paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 32 il əvvəl – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …