Şənbə , 14 Noyabr 2026
Drone Cameras

Türkiyədə İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Türkiyənin Ankara və İstanbul şəhərlərində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Ankarada İŞİD terror təşkilatını maliyyələşdirmək şübhəli bilinən 16 nəfərə qarşı əməliyyat keçirilib. Onların 14-ü saxlanılıb.

Məlumata görə, İstanbul və Mersində keçirilən əməliyyatda bu terror qruplaşmanı maliyyələşdirməkdə şübhəli bilinən daha 7 nəfər saxlanılıb.

Check Also

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri Bəhreyndə ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radar …