Şənbə , 18 May 2024
Drone Cameras

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Naqif Həmzəyev mayın 6-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklər.

Deputatlar “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda simpoziumda iştirak edəcəklər. Tədbir Qazi Universiteti, Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi, Türkiyə-Azərbaycan dostluq, əməkdaşlıq və həmrəylik fondu və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Toplantıda mövzu ilə bağlı tarixi faktlardan bəhs ediləcək, həqiqətləri əks etdirən sənədlər təqdim olunacaq, doğma yurdlarından qovulmuş azərbaycanlıların geri qayıtması məsələsinə toxunulacaq.

Səfər mayın 9-da başa çatacaq.

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …