Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Türkiyənin aerokosmik şirkətinin nümayəndəliyi nizamnamə kapitalını 3 dəfə azaldır

“Türk Aerokosmik Sənayesi Anonim Şirkəti”nə məxsus “Turkish Aerospace Azerbaijan” MMC nizamnamə kapitalını 1 milyon dollar və yaxud 3 dəfə azaldır.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, şirkətin kapitalı 1,5 milyon ABŞ dollarından 500 milyon ABŞ dollarına endiriləcək.

Kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhər, Yasamal rayonu, H.Cavid prospekti, ev 25 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Turkish Aerospace Azerbaijan” bu il dövlət qeydiyyatına alınıb.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …