Şənbə , 20 Aprel 2024
Drone Cameras

Türkiyənin və Gürcüstanın baş konsulları şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi Gəncə şəhərindəki ata evində davam etdirilir.

Boyukmillet.com xəbər verir ki, mərasimdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop və Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və digər rəsmilər şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı veriblər.

Törədilən terror aktının araşdırılmasının şəxsən ölkə rəhbərliyinin nəzarətində olduğu bildirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Check Also

Deputat: Fransa bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır

Fransa surətlə Ermənistanı silahlandırır və bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır. Boyukmillet.com xəbər …