Cümə , 13 Noyabr 2026
Drone Cameras

Uitkof: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof Ukrayna ilə bağlı daha bir danışıqlar raundunun təşkilini planlaşdırdıqlarını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra Dublində jurnalistlərə bildirib.

“Birləşmiş Ərəb Əmirliklərində yaxşı görüş keçirdik. İndi daha bir görüş planlaşdırırıq”, – deyə Uitkof qeyd edib.

O, növbəti danışıqların nə vaxt, harada və hansı formatda keçiriləcəyinə dair əlavə məlumat verməyib.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi, həmçinin amerikalı vasitəçilərin Ukrayna münaqişəsinin həlli istiqamətində intensiv işləmək əzmində olduqlarını vurğulayıb.

Check Also

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri Bəhreyndə ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radar …