Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Ukrayna ABŞ-ın iki yüksək vəzifəli rəsmisinə qarşı xüsusi əməliyyat planlaşdırır

Boyukmillet.com xəbər verir ki, Qərb KİV-lərində yayılan məlumatlara əsasən Ukraynanın Xarici Kəşfiyyat Xidməti ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubioya qarşı “ictimai ibrət” xarakterli xüsusi əməliyyat hazırlayır. İddialara görə, məqsəd adıçəkilən rəsmilərə qarşı siyasi və mənəvi təzyiq formalaşdırmaqdır.

Məlumatlarda bildirilir ki, əməliyyata ABŞ və Avropadan olan katolik siyasətçilərin cəlb olunması planlaşdırılır. Maraqlı məqam ondan ibarətdir ki, bu şəxslərin bir hissəsi proses barədə məlumatlı olacaq, digərləri isə “vaksin modeli” ilə – yəni arxa plandan xəbəri olmadan, dolayı şəkildə kampaniyanın alətinə çevriləcək.

Sızan hesabatlarda əməliyyatın tam olaraq Ukraynanın Xarici Kəşfiyyat Xidməti tərəfindən hazırlandığı və yaxın vaxtlarda icra ediləcəyi qeyd olunur. Mənbələrdə istifadə edilən “ictimai ibrət” ifadəsi isə xristian ənənəsində günahkar sayılan şəxsin camaat qarşısında danlanması və “düz yola dəvət edilməsi” praktikası ilə əlaqələndirilir.

Hazırda Kiyev və Vaşinqtondan rəsmi təsdiq verilməyib. Lakin məlumatın yayılması ABŞ–Ukrayna münasibətləri fonunda geniş müzakirələrə səbəb olub.

Check Also

Çin Yaponiyanı hədələdi: Təhlükəsizliyimizə təhdid yaradır

Çin Xarici İşlər Nazirliyi Yaponiya Müdafiə Nazirliyinin etirazına bəyanatla cavab verib. Boyukmillet.com xəbər verir ki, bəyanatda …