Çərşənbə , 26 Yanvar 2022
Home » Siyasət » Ukrayna Ali Radasının komitə sədri: Prezident İlham Əliyevin Kiyevə səfərinin böyük siyasi və diplomatik əhəmiyyəti var

Ukrayna Ali Radasının komitə sədri: Prezident İlham Əliyevin Kiyevə səfərinin böyük siyasi və diplomatik əhəmiyyəti var

Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfərinin böyük siyasi və diplomatik əhəmiyyəti var. Bu səfər dövlətlərimiz arasında strateji əlaqələri yeni səviyyəyə qaldıracaq
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib.
Oleksandr Merejko bildirib ki, Prezident İlham Əliyevin Ukraynanın çətin dönəmində səfəri yüksək təqdirəlayiqdir.
“Azərbaycan Prezidentinin səfəri Ukraynaya güclü dəstəyin təzahürüdür. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə inkişafı üçün düzgün strateji kurs seçib. Onun xarici siyasəti sayəsində Azərbaycan öz suverenliyini, müstəqilliyini qoruyub saxlayıb, ərazi bütövlüyünü bərpa edib. Fikrimcə, Azərbaycanın xarici siyasəti region dövlətləri üçün nümunə ola bilər və bütövlükdə regionun təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verə bilər”, – deyə AŞPA-nın vitse-prezidenti vurğulayıb.

Check Also

Azərbaycan – Ukrayna münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya  işgüzar səfəri ölkələrimiz və xalqlarımız arasında …