Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Ukrayna Azərbaycanlıları Radası yaradıldı – Diaspor təşkilatları birləşdi

 
Aprelin 14-də Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayı keçirilib. 
 
Boyukmillet.com Azərtac-a istinadən xəbər verir ki, qurultaydan öncə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və qurultay iştirakçıları ümumilli lider Heydər Əliyev adına Parkda Ulu Öndərin heykəlini ziyarət edib, önünə çiçəklər düzüblər.
 
Ukrayna və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə açıq elan olunan qurultayda 200 nümayəndədən 178 nəfəri iştirak etdiyi üçün tədbir baş tutmuş elan edilib. Təsis qurultayında Ukrayna Ali Radasının deputatları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ölkənin ictimai-siyasi xadimləri iştirak ediblər.
 
Diaspor təşkilatlarının birliyindən söz açan F.Muradov bildirib ki, ümumilikdə, bir çox ölkələrdə, sözügedən birliyə nail olunub. Artıq, soydaşlarımızın təşəbbüsü ilə Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya, Belçika və ABŞ-da həmvətnlərimiz koordinasiya şuralarında birləşiblər: “Bu ölkələrdə yaşayan soydaşlarımız birgə fəaliyyət göstərirlər, birgə layihələr həyata keçirirlər. Bunlar Azərbaycan diasporu tarixində bir ilk oldu. O, Ukrayna Azərbaycanlıları Radasının da bir çox uğurlara imza atacağına əminliyini ifadə edib”.
 
Ukrayna Ali Radasının deputatı Borislav Beryoza ölkəsinin çoxmillətli dövlət kimi tanındığından söz açaraq burada bütün millətlərə əlverişli şəraitin yaradılmasını qeyd edib.
 
Sonra səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. UAR-ın baş katibi isə Seyid Qədiməliyev təyin olunub. Eyni zamanda, 3 əsas təşkilatdan 5 nəfər İdarə Heyətinə üzv seçilib.
 
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir