Şənbə , 15 İyun 2024
Drone Cameras

Ukrayna müdafiəçiləri Baxmut istiqamətində döyüşən 106 ukraynalı hərbçini azad ediblər

Ukrayna müdafiəçiləri Baxmut şəhəri istiqamətində döyüşlər nəticəsində əsir düşən 106 ukraynalı hərbçini mübadilə ilə azad ediblər.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Onun sözlərinə görə, azad edilənlərdən 8-i zabit, 98-i çavuş və əsgərdir: “Onlar Baxmut istiqamətində vuruşublar. Ölkəmizin şərqinə doğru düşmənin irəliləməsinə imkan verməyərək böyük şücaət göstəriblər”.

A.Yermak deyib ki, əsirlikdən qayıdanlar arasında 68 nəfər itkin düşmüş sayılırmış: “Əsirlikdə azad olunan hərbçilərin ən yaşlısının 59, ən kiçiyinin 21 yaşı var”.

Check Also

Türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək

İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi …