Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Ukrayna PUA-larının zərbələri nəticəsində Krasnodarda terminal yanıb, ölən var

Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) zərbələri nəticəsində Rusiyanın Krasnodar diyarının Temryuk rayonunda yerləşən dəniz terminalında yanğın baş verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev sosial şəbəkələrdə məlumat verib.

“PUA qalıqlarının düşməsi nəticəsində dəniz terminalında yanğın baş verib. Təəssüf ki, bir nəfər həlak olub”, – o qeyd edib.

İlkin məlumata görə, üç nəfər xəsarət alıb.

Kondratyevin sözlərinə görə, yanğının söndürülməsinə 96 nəfər, Rusiya Fövqəladə Hallar Nazirliyinin texnikası da daxil olmaqla 30-dan çox texnika cəlb olunub.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …