Cümə , 13 Noyabr 2026
Drone Cameras

Ukrayna Voronejdə “Wildberries”in obyektinə, Orskda isə neft emalı zavoduna zərbə endirib

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (“Madyar”) Voronejdə “Wildberries” logistika obyektinin və Rusiyanın Orenburq vilayətinin Orsk şəhərindəki neft emalı obyektinin vurulduğunu bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Brovdi “Telegram”da yazıb.

Onun sözlərinə görə, obyektlər avqustun 11-i gecə hücumları zamanı vurulub.

O, həmçinin Krımda və Ukraynanın işğal olunmuş ərazilərinin cənubunda hərbi və enerji obyektlərinə zərbələrin endirildiyini bildirib.

Brovdinin məlumatına görə, Qara dənizdə “kölgə donanması”nın bir gəmisi vurulub, həmçinin Rusiyanın “Buk-M3” zenit-raket kompleksi məhv edilib.

Bundan başqa, maddi-texniki təminat və sursat anbarları, eləcə də Berdyansk, Mariupol və digər yaşayış məntəqələrindəki enerji obyektləri zərbələrə məruz qalıb.

Dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Check Also

Ermənistan parlamenti TRIPP layihəsi ilə bağlı qanuna düzəlişləri təsdiqləyib

Ermənistan parlamenti TRIPP şirkətinin yaradılması üçün “Səhmdar cəmiyyətləri haqqında” qanuna dəyişikliklər edilməsi layihəsini ikinci və …