Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ukrayna XİN Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko tviterdə yazıb.

“Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Qurbanın yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, – paylaşımda bildirilib.

Check Also

ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi və Qərbi Asiya ölkələrində inklüziv və dayanıqlı artımın təmin edilməsinə …