Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi

Ukrayna dövləti Karpat bölgəsinin ekologiya və təbii ehtiyatlar sferasını azərbaycanlıya həvalə edib.
 
Boyukmillet.com xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfovun Report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Masallı rayondan olan,1970-ci il təvəllüdlü Riyafət Sadiq oğlu Qasımov Ukraynanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin I Karpat Dairəsinin rəisi təyin edilib.
 
Bu dairə İvano-Franskovsk və Çernovtsı vilayətlərini əhatə edir.
 
R.Qasımov 1987-ci ildən Ukraynada yaşayır, İvano-Frankovsk Milli Qaz-Neft Universitetini və Ternopil Milli İqtisadiyyat Universitetini bitirb. Elmi nailiyyətlərə malikdir. Bir müddət biznes sahəsində çalışan R.Qasımov daha sonra iki dəfə İvano-Franskovsk Şurasının deputatı olub. Hazırda təyin olunduğu vəzifəsinə qədər isə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin vilayət strukturunda çalışıb. O, həm də azərbaycanlıların diaspor hərkatında fəaldır.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir