Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Ukraynada oğurlanan iş adamı Hikmət Abdullayev azad olunub-ÖZƏL

Azərbaycan diasporunun üzvü, iş adamı Hikmət Abdullayev artıq azad olunub.

Boyukmillet.com İnterpress.az-a istinadən xəbər verir ki, Dekabrın 11-də axşam saat 19:00 radələrində yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycan diasporunun üzvü, iş adamı Hikmət Abdullayev artıq azad olunub. İş adaminin azad olunması ilə bağlı İnterpress.az-a onun qohumları məlumat versədə Hikmət Abdullayevin hansı şərtlərlə azad olunması haqda məlumat verməyiblər.
Qeyd edək ki, Hikmət Abdullayevin oğurlanması ilə bağlı Ukraynada yaşayan azərbaycanlılar Ukrayna Daxili işlər Nazirliyi (DİN) qarşısında etiraz aksiyası keçirmişdilər.
Aksiya iştirakçıları daxili işlər naziri Arsen Avakovdan son 4 ildə azərbaycanlı iş adamlarının və onların övladlarının oğurlanmasına, tanınmış azərbaycanlılara qarşı sui-qəsdlərin üstünün açılmamasına aydınlıq gətirməsini, cinayətkarların həbs olunmasını tələb ediblər.

Xatırladaq ki, Arsen Avakovun daxili işlər naziri təyin olunduqdan sonra 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara qarşı sui-qəsd halları artıb, baş vermiş cinayət işlərinin heç birinin üstü açılmayıb.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir