Aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında dünyasını dəyişib. |
![]() Bu barədə Boyukmillet.com-a aktrisanın oğlu Zeynal Ağazadə məlumat verib.
O bildirib ki, anası son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi. Mərhum aktrisa Bakıda dəfn edilib. Bu gün aktrisanın Təzə Pir məscidində üç mərasimi keçirilir. Qeyd edək ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. 13 yaşında istedadı və çıxışlarına görə “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunub. O, 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb. 1972-ci ilə qədər filmlərə çəkilib. Məleykə Ağazadənin ən məşhur rolu “Ulduz” filmində yaratdığı “Nazik” obrazıdır. |
Check Also
Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub
Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …