Bazar , 8 Sentyabr 2024
Drone Cameras

UNICEF nümayəndəsi: Zərərçəkən uşaqlar mühafizə orderləri ilə təmin edilməlidir

Zərərçəkən uşaqlar keyfiyyətli ədliyyə, sosial reabilitasiya xidməti və mühafizə orderləri ilə təmin edilməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu UNICEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov iyunun 11-də Bakıda keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsində deyib.

Onun sözlərinə görə, hazırda uşaqların xüsusi müəssisələrə düşməsinin qarşısının alınması ən önəmli məsələlərdən biridir: “Uşaqlara verilən mənəvi cəzanı bəzən fiziki zorakılıqla qarışıq salırlar, amma bunlar fərqli anlayışlardır”.

V.Slamanov bildirib ki, Azərbaycanda probasiya sisteminin gücləndirilməsi tövsiyə olunur: “Eyni zamanda 14 yaşdan aşağı olan uşaqların sosial xidmətlərə cəlb edilməsi və preventiv tədbirlərin intensivləşdirilməsi də tövsiyələr sırasındadır”.

Check Also

Qərbi Azərbaycan İcmasında “yaşıl dünya”da qadınların təhsili mövzusunda konfrans keçirilib

Qərbi Azərbaycan İcmasında “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir …