Cümə axşamı , 20 İyun 2024
Drone Cameras

UNICEF nümayəndəsi: Zərərçəkən uşaqlar mühafizə orderləri ilə təmin edilməlidir

Zərərçəkən uşaqlar keyfiyyətli ədliyyə, sosial reabilitasiya xidməti və mühafizə orderləri ilə təmin edilməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu UNICEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov iyunun 11-də Bakıda keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsində deyib.

Onun sözlərinə görə, hazırda uşaqların xüsusi müəssisələrə düşməsinin qarşısının alınması ən önəmli məsələlərdən biridir: “Uşaqlara verilən mənəvi cəzanı bəzən fiziki zorakılıqla qarışıq salırlar, amma bunlar fərqli anlayışlardır”.

V.Slamanov bildirib ki, Azərbaycanda probasiya sisteminin gücləndirilməsi tövsiyə olunur: “Eyni zamanda 14 yaşdan aşağı olan uşaqların sosial xidmətlərə cəlb edilməsi və preventiv tədbirlərin intensivləşdirilməsi də tövsiyələr sırasındadır”.

Check Also

Son beş ayda əlilliyi olan şəxslərə 50 mindən çox reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin …