Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Suriya-Türkiyə sərhədində baş verən partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb – YENİLƏNİB

Suriya-Türkiyə sərhədində baş verən partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb. 

 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, partlayışın məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.

*** 11:27

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Atme çadır düşərgəsində Azad Suriya Ordusunun növbə dəyişdirilməsi zamanı baş verən partlayışda ən azı 20 nəfər həlak olub, çox sayda yaralı var.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Məlumata görə, partladıcı qurğu yerləşdirilmiş avtomobil sərhəd-keçid məntəqəsi yaxınlığında partladılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Hələlik bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Check Also

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir