Bazar , 19 May 2024
Drone Cameras

ÜST MÖHTƏŞƏM XƏBƏRİ verdi – COVID-19-un ilk işəyarayan müalicəsi tapıldı

“Bu, möhtəşəm xəbərdir”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus İngiltərənin Oksford Universitetinin “Deksametazon” adlı dərmanın ağır koronavirus xəstələrində işə yaradığına dair araşdırması haqqında danışarkən deyib.

“Bu, oksigen və ventilyasiya dəstəyinə ehtiyac duyan xəstələrdə ölüm riskini aşağı saldığı göstərilən ilk müalicədir. Bu, möhtəşəm bir xəbərdir. Bu həyatları xilas edən elmi təşəbbüsə fayda verən İngiltərə hökumətini, Oksford Universitetini və adadakı bir çox xəstələri, xəstəxanaları təbrik edirəm. Araşdırmaçılar testlərin ilkin nəticələri ilə bağlı mövqelərini ÜST-lə bölüşüb. Gələcək günlərdə bütöv statistik analizləri 4 gözlə gözləyirik”, – Baş direktor əlavə edib.

O bildirib ki, ÜST-ün klinik bələdçisi dərmanın COVID-19 xəstələrində necə və nə zaman istifadəsinə dair bütün təlimatları göstərəcək.

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …