Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Utkin: “Ramilin Azərbaycan millisini seçməsi axmaqlıq idi”

“Zenit”in yetirmələri olan, ancaq hazırda bu klubda oynamayan futbolçulardan əla komanda yaratmaq olardı”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri məşhur şərhçi Vasili Utkin “Moskvanın səsi” radiosunun efirində səsləndirib. “Zenit”in aşağı yaş qruplarından yetişən futbolçulara lazımı diqqət ayırmadığını vurğulayan rusiyalı şərhçi Ramil Şeydayevin Azərbaycan millisinin seçməsinə də münasibət bildirib:

“Zenit” öz resurslarına ümumiyyətlə baxmır. Biz müxtəlif formalarda bunun şahidi oluruq. Elə götürək Aleksandr Qorşkovun “Zenit”in əvəzedici komandasından qovulmasını. Yaxud da milliyətcə azərbaycanlı olan Ramil Şeydayevi xatırlayın, hansı ki, sonda elə Azərbaycan vətəndaşlığını qəbul etdi. Türkiyədə oynamağa cəhd göstərdi. Əla mərkəz hücumçusu idi. Düzdür, onun Azərbaycan millisini seçməsi və Türkiyəyə getməsi də axmaqlıq idi. Təklifləri olsa da, “Zenit”də qala bilərdi. Bütün bunlar mənə qəribə gəlir”.

Qeyd edək ki, 2013-2016-cı illərdə “Zenit”in həm əvəzedici, həm də əsas komandasında çıxış edən Şeydayev ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirmişdi. 22 yaşlı forvard hazırda isə “Krılya Sovetov”da forma geyinir.

 (Goal.az)

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir