Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə start verildi.

Düşərgə Azərbaycan Respublikasının Gənclər Fondu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilir.
Düşərgə iştirakçıları ilk olaraq Fəxri xiyabanda Azərbaycanın xilaskar oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoydular.
Sonra düşərgə iştirakçıları Şəhidlər xiyabanında və II Fəxri Xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoydular. Düşərgə iştirakçıları Türkiyə şəhidliyini də ziyarət etdikdən sonra Quba rayonunda təyin olunan düşərgə ərazisinə yola düşdülər.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …