Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Vahid Əhmədov: “Polad Bülbüloğlu kimilər özləri istefa verməlidirlər”

“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir”.

Boyukmillet.com  xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O bildirib ki, belə insaNlar artıq Azərbaycan siyasətində qala bilməzlər:

“Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi Azərbaycan heç vaxt, heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək. Prezidentin dediyi kimi, nə qədərki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır”.

Check Also

Sabirabadda doğuş zamanı ana ölümü: “Qızımın evini Gültac həkim yıxdı”

Ailə həkimi günahlandırır, TƏBİB məsələnin araşdırıldığını deyir Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Regional Perinatal …