Bazar ertəsi , 17 Mart 2025
Drone Cameras

Vasif Talıbovun doğum günüdür

Yanvarın 14-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun doğum günüdür. Ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik məktəbində formalaşan Ali Məclisin Sədri Naxçıvanın təlatümlər burulğanından çıxaraq müasir inkişafa qovuşmasında müstəsna xidmətlər göstərib. Çiçəklənən kənd və qəsəbələr, çəkilən yollar, güclü iqtisadiyyat və ordu, yüksələn mədəniyyət Naxçıvanın son 25 ildə formalaşan simasıdır. Yüksək vətənpərvərlik, humanizm, əzmkarlıq, qətiyyət, tələbkarlıq və ən əsası bir ürəyə sığmayacaq qədər böyük olan Naxçıvan sevgisi Vasif Talıbov şəxsiyyətində cəmləşib. Ali Məclisin Sədri həm də jurnalistlərin dostu və böyük qayğıkeşidir. Naxçıvan mediası onun rəhbərliyi altında böyük inkişaf yolu keçib. Naxçıvan teleradiosunun bütün kollektivi adından Hörmətli Sədrimizi səmimi təbrik edir, möhkəm can sağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayırıq. Yaratdıqca ucalan, ucaldıqca daha yaxşı yaradan Sədrimizlə qürur duyuruq.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir