Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Vladimir Zelenski Putinlə danışıqlara hazır olduğunu bəyan edib

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa bildirib.

“Bu gün həmçinin Ukrayna prezidentinin Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğu açıqlanıb. Ukrayna tərəfi bu danışıqlara hazırdır, müvafiq mövqeyə malikdir və ümid edirik ki, o cümlədən tərəfdaşlarımızın dəstəyi ilə belə bir danışıq baş tutacaq”, – deyə o, qeyd edib.

Bundan əvvəl V. Zelenski dəfələrlə Putinlə şəxsi görüş keçirməyə və Ukraynanın şərqindəki münaqişənin həllini müzakirə etməyə hazır olduğunu bildirib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …