Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Xəzəryanı dövlətlər əməkdaşlıq haqqında yeni protokol imzalayıb

Bu gün Aşqabadda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın sahəvi qurumlarının rəhbərləri “Xəzər dənizində naviqasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Protokol imzalayıb.

APA-nın “Moskovskiy Komsomolets” qəzetinə istinadən verdiyi məlumata görə, sənəd Xəzərdə mütəşəkkil cinayətkarlıq, terrorizm, qanunsuz silah və narkotik vasitə dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyaya qarşı birgə mübarizə üçün hüquqi zəmin yaradır.

Eyni zamanda protokolda Xəzərdə dəniz gəmiçiliyinin təhlükəsizliyinin qorunmasına, xilasetmə əməliyyatına dair müddəalar yer alıb. Protokol Xəzərdə dəniz limanlarına nəzarətin təmin edilməsini, gəmilərin hərəkətinə xarici amillərin, məsələn, dənizin çirkləndirilməsinin, sualtı naqillərin, qazma platformalarının, kəmərlərin mənfi təsirlərinin qarşısının alınmasını nəzərdə tutur.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir