Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Xalq artisti Arif Babayev reanimasiyaya yerləşdirildi – Oğlu: “Vəziyyəti bir qədər yaxşılaşıb”

“Atamın vəziyyəti bir az düzəlib. Yaxşı olacağına ümid edirik”.

Bunu Musavat.com-a ötən gün səhhəti pisləşən və xəstəxanaya yerləşdirilən Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib.

O bildirib ki, atası hazırda reanimasiyadadır:

“Hələ atamla görüşə bilməmişik, lakin vəziyyəti yaxşılığa doğru gedir, müalicəsi davam edir”.

Qeyd edək ki, ötən gün xanəndənin səhhəti pisləşdiyi üçün əvvəlcə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, oradan isə Bakıya gətirilib və Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

Arif Babayev Azərbaycan musiqisinin və muğam sənətinin canlı əfsanələrindən biridir. Onun səhhəti ilə bağlı bu xəbər həm sənət cameəsini, həm də onu sevən tamaşaçıları narahat edib.

Uğurlu müalicə və tezliklə sağalması arzusu ilə… 🙏

Check Also

Əməkdar artist Yadigar Muradovun vida və dəfn yeri BİLİNDİ

Əməkdar artist Yadigar Muradov ilə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək. Bu barədə …