Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

“Xalq artistinin erməni mahnısına qol götürüb rəqs etməsi rüsvayçılıqdır” – Hərbi ekspertdən sərt mövqe

ARB telekanlında yayımlanan “Səhər-səhər” verilişində xalq artisti Brilliant Dadaşovanın bacısı İradə Dadaşovanın oğlu Cəlil Dadaşov ermənilərə məxsus mahnı ifa edib və verilişin qonağı olanlar isə həmin mahnıya oynayıblar.Sözügedən məsələ isə sosial mediada sərt tənqidlərlə qarşılanıb.

İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Üzeyir Cəfərov üzünü xalq artistlərinə və həmin erməni mahnısına rəqs edən şəxslərə tutaraq onlara ayıb olsun deyib:

“Əziz dostlar! Hörmətli həmkarlar!

Sizə elə gəlmirmi ki, biz çox vaxt bu və ya digər şəkildə hadisələrin ardıycan sürünməklə məşğuluq?
Bazar günü ölkə başçısı Nazirlər Kabinetinin geniş müşavirəsini keçirir, hər kəsi məsuliyyətli olmağa çağırır. Bizim bəzi TV kanallarımız isə sanki gözləri kor, qulaqları isə kar vəziyyətdə özlərini aparırlar. Baxıram hazırda ARB kanalında hər gün Elgiz və dostlarının canlı şəkildə çox vaxt adamın əsəbləri ilə oynayan Səhər-səhər verlişi köhnə bir verlişlə əvəz olunub. Yəqin ki, çoxları bilmir. Bu kanalda son vaxtlar elə biabırçılıqlar, elə rüsvayçılıqlar hökm sürür ki, adam söz tapmır ifadə etməyə. Vallahi-billahi, bir gün efirdə baş verən biabırçılıqlar hansısa çox ciddi xoşagəlməzliklərlə sonuclanacaq.

“Xalq artistinin erməni mahnısına qol götürüb rəqs etməsi rüsvayçılıqdır” – Hərbi ekspertdən sərt mövqe

Efirdə bədnam qonşularımızın, hansılar ki, gecə-gündüz Azərbaycan musiqisini oğurlayıb öz adlarına çıxartmaqla məşğuldurlar, musiqisini vermək və bu bayağı, ürəkbulandıran müsiqiyə Xalq Artisi titulunu daşıyan tanınmış bir sənətkarın da qol götürüb rəqs etməsi, sadəcə rüsvayçılıq olmaqla yanaşı bağışlanılmazdır. Orada bir adını bilmədiyim hündürboylu xanımın da özünə əl qatmaqla az qala “həlak etməsi”, bayılması səhnəsi dözülməz idi.
Hər şeyin həddi var, dostlar, yoldaşlar, cənablar!

MTRŞ-ı nəhayət ki, bəzi TV kanalların efir mədəniyyətinə, efir siyasətinə müdaxilə etməyə borcludur.
Aşağıda isə həmən o rüsvayçılığın əksi olan videogörüntüləri təqdim etməklə üzümü o səhnələrdə yer alan hər kəsə tutaraq deyirəm: çox-çox ayıb olsun Sizə! Zərrə qədər milli heysiyyatı olan adam o əcaib müsiqini dərhal kəsdirməli və efiri belə dayandırmalı idi.

Allah sadəcə ağıl versin, bəzi məsuliyyətsizlərə!!!”.

Xatırladaq ki, ekspert Üzeyir Cəfərlinin açıqlamasında qeyd etdiyi rəqs edən xanım “Azərbaycanın səsi” yarışmasında iştirak edən Nərmin Kərimbəyovadır.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir