Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Xameneinin müşaviri: ABŞ İrana hücum etsə, Tehranın hədəfi İsrail olacaq

ABŞ-nin təcavüzü halında İsrail ərazisi İran üçün qanuni hədəf olacaq, çünki “onlar birdir”.

Boyukmillet.com-un məlumatına görə, İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin Əli Şəmxani bunu “Al Mayadeen” telekanalına müsahibəsində bildirib.

“İsrail və Amerika iki ayrı qurum deyil; onlar bir qurumdur”, – o, ABŞ-nin İslam Respublikasının ərazisinə hücumu halında Tehranın İsrailə qarşı cavab tədbirləri ilə bağlı suala cavabında bildirib.

“Əgər Amerika zərbə endirsə, İsrail mütləq iştirak edəcək və bizim cavabımız mütənasib olmalıdır”, – Şamxani vurğulayıb. O, əlavə edib ki, cavabın miqyası onların hərəkətlərindən və addımlarından asılıdır.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …