Bazar , 19 May 2024
Drone Cameras

Xarici səyahətçi: “Qarabağa səfər Azərbaycan haqqında daha çox məlumat əldə etməyimizə kömək edəcək”

“Qarabağa səfər Azərbaycan haqqında daha çox məlumat əldə etməyimizə kömək edəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin tərkibində bu gün Ağdama səfər edən səyyahətçi Anna Fransisko (Filippin) deyib.

“Qarabağda gördüklərim çox təsirlidir. Belə bir mənzərəni gözləmirdik. Çox yaxşı haldır ki, indi Azərbaycana səfər edərək bütün hekayəni öyrənmək imkanı var”, – o vurğulayıb.

A.Fransisko qeyd edib ki, dünyada Azərbaycan haqqında çox məlumat yoxdur, ona görə də bu səfər bir çox səyahətçilər üçün böyük şansdır: “Bu, mənim Azərbaycana ilk səfərimdir və hələ çox yeri görməyə vaxt olmayıb”.

Xatırladaq ki, beynəlxalq səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcəklər.

Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …