Cümə , 19 Aprel 2024
Drone Cameras

Xarici şirkətlər ölkəmizi ciddi və etibarlı tərəfdaş kimi qəbul edirlər – Rauf Zeyni

“Azərbaycan dövləti müstəqilliyini 30 ildir bərpa etməsinə baxmayaraq, qısa müddət ərzində, xüsusilə son 15 ildə ölkəmiz sürətlə inkişaf edir və dünya brendləri olan böyük transmilli şirkətlərin də diqqət mərkəzindədir. Onlar Azərbaycana sərmayə qoymağa, əməkdaşlıq etməyə maraqlıdırlar. Ötən gün “Microsoft” şirkətinin təşəbbüsü ilə ölkə başçısı İlham Əliyevlə şirkətin rəhbər şəxsləri və “Microsoft”un digər nümayəndələri arasında videokonfransın keçirilməsi bunun ən uğurlu nümunələrindən biridir”.

Bunu 

Boyukmillet.com -a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni deyib.

O qeyd edib ki, ölkəmizin dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlığı, yüksək texnologiyaların, innovasiyaların tətbiqi sahəsinə xüsusi diqqət ayrılması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir:

“Ölkəmizdə qlobal meqalayihələrin həyata keçirilməsi, nəhəng şirkətlərin regional ofislərinin açılması, turizmin və qeyri-neft sektorunun inkişafında istehsalat sahələrinin yaradılması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan xəbər verir. Dünyanın nüfuzlu şirkətləri Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərirlər. Xarici şirkətlər ölkəmizi ciddi və etibarlı tərəfdaş kimi qəbul edirlər, genişmiqyaslı əməkdaşlıq etməyə maraqlıdırlar. Ölkəmizin beynəlxalq uğurlarının ən uğurlu nümunəsi Heydər Əliyev tərəfindən əsası qoyulan “Əsrin müqaviləsi”dir. Bunun icrası ölkə başçısı İlham Əliyev tərəfindən uğurla yerinə yetirilib. Son illərdə Trans-Adriatik Boru Kəməri (TAP), Trans Anadolu Boru Kəməri (TANAP) və digər bu kimi meqalayihələr Azərbaycanın kosmik ölkəyə çevrilməsinin nümunəsidir.

Biz ölkə olaraq çox ciddi layihələrə imza atmışıq. Bütün xarici ölkələr, beynəlxalq təşkilatlar bunu görürlər və dəyərləndirirlər. Ölkəmizlə bundan sonra da biznes əməkdaşlığını genişləndirmək istəyirlər. Bu da həm Azərbaycanın iqtisadi, siyasi, həm də milli uğurudur. Çünki qısa müddət ərzində müstəqillik əldə etmiş ölkələrin uğurları ilə yanaşı özünəməxsus problemləri var. Ölkəmizin də yeganə böyük problemi torpaqlarımızın mənfur qonşumuz tərəfindən işğal altında saxlanmasıdır. Biz bunları müşahidə edirik və ölkəmizin beynəlxalq uğurlarına çox sevinirik. İnanırıq ki, Azərbaycan ildən-ilə dünyada daha yüksək səviyyədə etibar və etimad qazanaraq böyük biznes mühiti yaratmaqla, “Microsoft” kimi böyük korporasiyaların ölkədə fəaliyyətinin daha da genişləndirilməsinə nail olacaq. Bu da ölkəmizin çox böyük tarixi uğurlarıdır”.

Check Also

Azərbaycandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 19 % artıb

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədən ixrac olunan …