Bazar , 15 Noyabr 2026
Drone Cameras

XİN: Azərbaycan BMT QAK-ın missiyasını qəbul etməyə hazırdır

“Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) arasında aparılmış müzakirələr nəticəsində BMT QAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib”.

Boyukmillet.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Ümumiyyətlə vurğulamaq istərdik ki, Azərbaycan humanitar missiyaların həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquq prinsiplərini, xüsusilə də dövlət suverenliyi prinsipini rəhbər tutaraq beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır. Bu xüsusda, BMTQAK missiyasının azad olunmuş ərazilərimizə həyata keçirilməsi ilə bağlı təşkilatdan konkret məlumatın təqdim edilməsini gözləyirik. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında BMT QAK missiyasını qəbul etməyə hazırdır”, – XİN rəsmisi bildirib.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …