Bazar , 16 Mart 2025
Drone Cameras

XİN: Kimsə zəmanət verə bilməz ki, Tramp Rusiya üçün “uyğun” prezidentdir

Moskva və Vaşinqton terrorçuluğa qarşı mübarizə sahəsində etibarın bərpa olunması üçün ciddi addımlar atmalıdır. Bununla belə, ABŞ prezidenti seçilmiş Donald Trampın Rusiya üçün bu sahədə “uyğun” prezident olması üçün təminat yoxdur. Trend-in məlumatına görə, bu sözləri RİA Novosti agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin yeni çağırışlar və təhlükələr üzrə departamentin direktoru İlya Roqaçyov deyib.

Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə iki ölkə arasında əməkdaşlığın prioritet sahələrindəndir. Digər tərəfdən o, mövcud problemlərin qısa zaman ərzində həll olunacağının sual altında olduğunu deyib:

“Moskvada əmin deyillər ki, bu məsələdə Tramp bizim üçün “rahat” prezidentdir.”

Rusiya XİN rəsmisi yeni prezident administrasiyasının antirusiya mühitini düzəltmək üçün bəzi addımlar atacağını ehtimal edib:

“Yeni administrasiyanın terrorla mübarizə sahəsində Rusiya ilə əməkdaşlıqla bağlı fikirləri tərəfimizdən yaxşı qarşılansa da, bu sözlərin fəaliyyətlə uyğun olub-olmadığını zaman göstərəcək”.

Check Also

Ötən il korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutulub

Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir