Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Xocali soyqirimi Biskekde qeyd edilecek

Boyukmillet.com xəbər verir ki, 26 fevral Xocalı soyqırımı hadisəsi Bişkekdə geniş qeyd ediləcək.
Fevral ayının 25 də Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun təşkilatçılığı ilə Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar setində Xocalı soyqırımı hadisəsi geniş qeyd ediləcək. Mərkəzləşdirilmiş kitabxanalar setinə daxil olan 28 kitabxanada eyni vaxtda fondun sifarişi ilə qırğız dilinə tərcümə edilib, dublyaj edilmiş “Xoca” filmi nümayiş etdiriləcək. Tədbirdə Səfərov Osman, Qırğızıstan azərbaycanlılarının əlaqələndirmə mərkəzinin prezidenti Rəsulov Cəbi, aprel inqilabı qəhrəmanı Məmmədhəsənov Yusif, Azərbaycan diasporlar assosiasiyasının təmsilçisi Əsəd Əsədov, Türk diasporunun lideri Mürəfəddin Sakimov, kitabxanaların oxucuları, alimlər və ziyalılar iştirak edəcəklər. Bundan başqa tədbir uştirakçılarına Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə etdirib nəşr etdirdiyi, Qafar Əliyevin müəllifi olduğu “Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu” rus, qırğız və qazax dillərində, Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” rus və qırğız dillərində, AMEA müəlliflər qrupunun ərsəyə gətirdiyi “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla” rus və ingilis dillərində kitabları hədiyyə ediləcəkdir.
Qeyd edək ki yuxarıda adları çəkilən kitablarda 26 fevral Xocalı faciəsindən bəhs edən geniş yazılar öz əksini tapıb.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir