Cümə , 27 Fevral 2026
Drone Cameras

Yığmalarımız Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcək

Bu gün Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının II turu keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi İtaliya yığması ilə qarşılaşacaq. Qadınların yarışında isə rəqib Belçika kollektivi olacaq. Görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. 

 

İtaliya – Azərbaycan

Daniele Vokatura – Şəhriyar Məmmədyarov

Mikele Qodena – Teymur Rəcəbov

Luka Moroni – Arkadi Naydiç

Sabino Brunello – Rauf Məmmədov

T.Rəcəbovla R.Məmmədov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla oynayacaq.

 

Azərbaycan – Belçika

Günay Məmmədzadə – An Qussen

Zeynəb Məmmədyarova – Daria Vanduyfeys

Gülnar Məmmədova – Vibke Barbye

Ülviyyə Fətəliyeva – Anneli Kuvelye

 

G.Məmmədzadə ilə G.Məmmədova ağ, Z.Məmmədyarova və Ü.Fətəliyeva isə qara fiqurla oynayacaqlar.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığması ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandasını 3,5:0,5 məğlub edib. Qadınlarda isə milli İordaniyadan güclü olub – 4:0.

 (Goal.az)

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir