Cümə , 4 Oktyabr 2024
Drone Cameras

Yaxın üç ildə Qarabağa və Şərqi Zəngəzura 100 mindən çox insan qayıdacaq

“Yaxın üç ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 100 mindən çox insan qayıdacaq, məcburi köçkünlərin qaytarılması dövlət proqramı çərçivəsində həyata keçirilir”.

Boyukmillet.com xəbər verir ki, bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı”nın icrası nəticəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçirilir.

Belə ki, ümumilikdə qarşıdakı üç il ərzində 100 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qayıtması gözlənilir.

Səfir bildirib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi təkcə Azərbaycanda deyil, bütün regionda yeni reallıqlar yaradıb.

Polad Bülbüloğlu qeyd edib ki, son üç ildə bu ərazilərdə genişmiqyaslı bərpa işləri aparılıb: “Bu günə qədər ölkə büdcəsindən bu məqsədlər üçün böyük maliyyə vəsaiti ayrılıb. Bu, dövlətin öz maliyyə resursları hesabına həyata keçirdiyi münaqişədən sonrakı sürətli yenidənqurmanın unikal və misilsiz modelidir”.

Check Also

Əli Kərimlinin 6 ay həbs olunması tələb edildi

İddiaçıya vaxt verilib ki, ərizəsi ilə bağlı dəqiqləşdirmə aparsın Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri …