Cümə , 27 Fevral 2026
Drone Cameras

“Yeni Müsavat”ın canlı yayımında Bakıdakı toz problemi müzakirə olunur

“Yeni Müsavat”ın canlı yayım verilişləri sentyabr ayının 10-dan etibarən yeni dizayn və təqdimatda davam edir.

Musavat.com xəbər verir ki, bu gün, sentyabrın 20-də, saat 15.00-də başlanacaq növbəti canlı yayımda isə Bakını bürüyən toz problemi, sənaye və iaşə obyektlərindən yayılan tüstülərlə bağlı cəzalandırma mövzusu müzakirə olunur.

Studiyamızın qonaqları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini İmran Əbdülov və nazirliyin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırovdur.

Veriliş zamanı həm yuxarıda qeyd etdiyimiz, həm də sizi maraqlandıran bir sıra mövzuları müzakirə edəcəyik.

Bir saat boyunca davam edəcək canlı yayım zamanı siz oxucular da suallarınızla müraciət edə bilərsiniz.

(Musavat.com)

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir