Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb

Yunanıstanın yük gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Yunanıstanın xarici işlər naziri Yorgo Gerapetritis CNN-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hadisə baş verən zaman Yunanıstan tərəfinə məxsus, Liberiya bayrağı altında üzən gəmi boğazı tərk etməyə çalışırdı.

Gerapetritis vəziyyəti son dərəcə narahatedici adlandırıb və bildirib ki, hakimiyyət orqanları bütün yunan gəmi sahiblərinə maksimum ehtiyatlı olmaq və imkan daxilində Hörmüz boğazından keçməkdən çəkinmək çağırışı ilə xəbərdarlıq göndərib.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …