Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Zelenski: “Ukraynanın NATO-ya qoşulmazdan əvvəl də təhlükəsizlik zəmanətinə ehtiyacı var”

Ukraynanın NATO-ya üzv olmasından əvvəl də effektiv təhlükəsizlik zəmanətinə ehtiyacı var.

Boyukmillet.com xəbər verir ki, bunu ölkənin Prezidenti Volodimir Zelenski deyib.

“Rusiya (qoşunları-red) Ukrayna ərazisindən çıxmalıdır. Bütün Ukraynadan və bütün işğalçılar. BMT Nizamnaməsinin hər bir bəndi yenidən işləməlidir – Rusiyanın beynəlxalq hüquq pozuntularının heç birinə göz yummaq olmaz. Beynəlxalq münasibətlərə təhlükəsizlik və sülh məhz bu prinsiplər əsasında qayıdacaq”, – Prezident qeyd edib.

O qeyd edib ki, “Ukraynanın sülh düsturu məhz bunun üçündür, tamamilə realist və kifayət qədər konkretdir, bu gün (dünən-red) Makronla da ətraflı müzakirə olunub.

“Litva sammitində bizim ümumi mövqeyimiz – bütün iştirakçı dövlətlər – Avropanın təhlükəsizliyinin tələbləri qədər iddialı ola bilər. Mən buna əminəm. Ukrayna üçün, yəni qaydalara əsaslanan beynəlxalq nizam üçün effektiv təhlükəsizlik təminatları hətta Alyansa qoşulmazdan əvvəl də lazımdır”, – Zelenski bildirib.

Check Also

Ukrayna Rusiyada raket və aviasiya bombaları üçün batareya istehsal edən zavodu vurub

Ukrayna Ordusu Rusiyanın Lipetsk vilayətində raket və aviasiya bombaları üçün batareyalar istehsal edən “Energiya” zavodunu …