Çərşənbə axşamı , 10 Mart 2026
Drone Cameras

Əfqanıstanda bir jurnalist öldürülüb, daha biri qaçırılıb

Əfqanıstanda “Taliban” hərəkatı Paktiyə əyalətində fəaliyyət göstərən “Paktia Chaq” radiosunun baş redaktoru Tufan Ömərini Kabildə qətlə yetirib.

Boyukmillet.com xəbər verir ki, həmçinin Xost əyalətində fəaliyyət göstərən “Boost” radiosunun baş redaktoru Niyamətullah Həmət də Helmənd əyalətinin Nəva bölgəsində girov götürülüb.

Qeyd edək ki, “Taliban” bu ilin birinci yarısında aralarında 8-i qadın olmaqla azı 20 nəfər jurnalisti qətlə yetirib, bir çoxlarına da hədə-qorxu gəlib. O cümlədən bu günlərdə hökumət informasiya mərkəzinin rəhbəri Davaxan Minapal qətlə yetirilib.

Check Also

Trampdan İran açıqlamaları: Tehranla danışıqlar olmayacaq, İranın xəritəsi dəyişə bilər

Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-ın …