Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İranın hücumları səbəbindən Dubay Beynəlxalq Hava Limanı bağlanıb

Dubay Beynəlxalq Hava Limanı təhlükəsizlik mülahizələrinə görə təyyarələrin qəbulunu və yol salınmasını dayandırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Dubai Media Office” “X” sosial şəbəkəsində məlumat yayıb.

“Sərnişinlərin, hava limanı personalının və aviaşirkət heyətlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Dubay Beynəlxalq Hava Limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik protokollarına uyğun olaraq həyata keçirilir”, – bəyanatda bildirilib.

Hava limanının fəaliyyətinin bərpa olunma vaxtı hələlik dəqiqləşdirilməyib.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …