Bazar , 19 May 2024
Drone Cameras

Əfqan Salmanov və İqor Terexov Xarkov şəhərinin bərpasında əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Xarkov şəhərinin meri İqor Terexov ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, onlar bərpa işlərinin aparılması, investisiyaların cəlb edilməsi və dağılmış infrastrukturun yenidən qurulmasında Azərbaycan şirkətlərinin iştirakı perspektivlərindən danışıblar.


Müharibədən əvvəl Xarkov vilayətində yaşayan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsi də müzakirə olunub.


İqor Terexovun qeyd etdiyi kimi, raket və artilleriya atəşi nəticəsində şəhərdə bir çox yaşayış binalarına ziyan dəyib. Xarkovda vəziyyətin nisbətən sakit olduğunu nəzərə alaraq, şəhər rəhbərliyinin yeni tikinti planı üzərində işlədiyini bildirib.

Görüş zamanı Əfqan Salmanov Azərbaycan Respublikasının Fəxri Konsulluğunun Xarkov şəhərinin bərpası məsələlərinin həllində əməkdaşlığa açıq olduğunu bildirib.

Xarkov meri İqor Terexov Xarkov və Ukrayna üçün belə çətin bir zamanda göstərilən köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına minnətdarlığını bildirib.

Check Also

Latviya parlamentinin sədri Füzulidə səfərdədir

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib. Boyukmillet.com xəbər verir …