Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Əfqanıstanda Amerika təyyarəsi qəzaya uğrayıb, ölənlər və yaralılar var

Əfqanıstanın paytaxtı Kabil şəhərində təlim üçün uçan Amerika istehsalı olan “Black Hawk” helikopteri Milli Müdafiə Universitetinin kampusunda texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Boyukmillet.com xəbər verir ki, qəza nəticəsində üç nəfər ölüb, daha beş nəfər xəsarət alıb.

Qeyd edək ki, “Taliban” radikal qruplaşması Əfqanıstanda hakimiyyəti nəzarətə götürdükdən sonra Amerika istehsalı olan bir neçə təyyarəni ələ keçirib.

ABŞ qoşunları isə bildirib ki, Əfqanıstanı tərk edən zaman özləri ilə apara bilmədikləri silah və ağır texnikaları istifadəyə yarasız vəziyyətə salıblar.

Check Also

Rütte: NATO İranın nüvə və raket potensialının ləğvini dəstəkləyir

NATO İrana qarşı əməliyyatda iştirak etmir, lakin onun nüvə və ballistik potensialının zəiflədilməsini əsaslı sayır. …