Bazar , 11 Yanvar 2026
Drone Cameras

Əfqanıstanda “Taliban”ın özbək və puştun dəstələri arasında atışma olub

Əfqanıstanın şimal-qərbində “Taliban” puştun və özbək silahlıları arasında silahlı toqquşma baş verib.

Boyukmillet.com “Interfax”a istinadən xəbər verir ki, toqquşma yanvarın 14-də olub.

Bildirilib ki, “Taliban” hökumətinin polis qüvvələri tərəfindən özbək dəstələrinin lideri Mahdum Ələm həbs edildikdən sonra atışma başlayıb.

Həbs “Taliban” hökuməti müdafiə naziri Molla Fazelin tapşırığı əsasında keçirilib. Həbsin səbəbi bildirilməyib.

M.Ələmin minlərlə tərəfdarı həbsə etiraz edib. “Taliban” bu aksiyanı zor gücü ilə yatırmaq istəyib. Bu zaman özbək silahlı dəstələri onlara müqavimət göstərib. “Taliban”ın puştun silahlılarının “Humvee” markalı 8 zirehli maşını etirazçılar tərəfindən ələ keçirilib. Atışma nəticəsində “Taliban” silahlıları arasında ölənlər və yaralananlar olub.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …