Bazar , 19 Yanvar 2025
Drone Cameras

Əfqanıstanda törədilən partlayışın təşkilatçıları məlum olub

Əfqanıstanda törədilən partlayışın təşkilatçıları məlum olub.

Boyukmillet.com-un məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

Məlumata görə, İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabildə dünən törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb.

Kabil polisinin sözçüsü Xalid Zadran tviter hesabında partlayış zamanı iki nəfərin öldüyünü, daha 22 nəfərin yaralandığını bildirib.

Daha əvvəl bildirilib ki, partlayış Kabil şəhərinin qərbində baş verib, ölən və yaralananlar var. Parlamentin keçmiş deputatı Əlişir Şaherin sözlərinə görə, hadisə zamanı 12 nəfər həlak olub, daha 28 nəfər yaralanıb.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …