Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Əfqanıstanın şimalında partlayış törədilib, 5 nəfər ölüb

Əfqanıstanın şimalında törədilən terror aktı nəticəsində azı 5 nəfər həlak olub.

Boyukmilet.com TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “The Khaama Press” agentliyi məlumat yayıb.

Partlayış Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində avtobusa quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib.

İlkin məlumatlara görə, avtobus “Haraton Oil” neft şirkətinin əməkdaşlarını daşıyırmış.

Hadisə ilə bağlı istintaq aparılır.

Check Also

İran düşmənin hərbi və hökumət rəsmilərinin iqamətgahlarını qanuni hədəf elan edib

İran bildirib ki, ona qarşı münaqişədə iştirak edən ölkələrin hərbi komandanlarının və hökumət rəsmilərinin iqamətgahları …