Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Əlcəzairdə 25 hərbçi meşə yanğınlarını söndürən zaman ölüb

Əlcəzairin Tizi-Uzu və və Bedjaya əyalətlərində meşə yanğınları ilə mübarizə və axtarış-xilasetmə işləri apararkən azı 25 hərbçi vəfat edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Əlcəzair səlahiyyətlilərinin açıqlamasına istinadən “Afrigatenews” portalı məlumat yayıb.

Əlcəzair prezidenti Abdelmacid Tebbun yanğınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. Qeyd olunub ki, ölkənin bir neçə əyalətində güclü meşə yanğınları davam edir. Yeddi mülki şəxs fəlakətin qurbanı olub.

İlkin ehtimal kimi istilər versiyası irəli sürülür. Lakin yangının qəsdən törədilmə ehtimalı da istisna edilmir. Yanğınların söndürülməsinə Əlcəzair ordusu da cəlb edilib.

Check Also

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 …