Cümə , 26 Aprel 2024
Drone Cameras

Əli Hacının yeni kitabı işıq üzü gördü – “Olla ölümə salam de”

Şair Əli Hacının yeni kitabı işıq üzü görüb.

Boyukmillet.com xəbər verir ki, Əli Hacının yeni kitabı “Olla ölümə salam de” adlanır.

Qeyd edək ki, Əli Hacı şeirlərində sufilik, bu təriqətin zahiri ele­mentləri, onun halları, ayrı-ayrı termin və istilahları ilə deyil, mə­nəvi–ruhani aləmin bütöv poetik inikası; Şeyx Mahmud Şəbüstərinin, Şihabəddin Sührəverdinin, Fəzlullah Nəiminin, İmadəddin Nəsiminin, Yunis İmrənin, böyük Füzilinin və ən nəhayət, Xətainin mənəvi dünyasından qopan işıq kimi təzahür edir.

Sufiliyin bədii ifadə forması kimi şairlərimiz zaman-zaman klassik ədəbi janrlardan, aşıqlarımız isə şifahi şeirin formalarından istifadə etmişlər, Əli Hacı bu dairəni bir qədər də genişləndirmiş, onun yaradıcılığında ilk dəfə olaraq bu duyğuların sərbəst şeir parçaları ilə ifadəsinə rast gəlirik.

Check Also

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Azərbaycan kinosu tarixinə aid unikal arxiv materialı aşkar edilib. Bu barədə “Report”a Azərbaycan Dövlət Film Fondundan …