Bazar , 19 Yanvar 2025
Drone Cameras

Əlillik dərəcəsi dəyişdirilmiş I Qarabağ müharibəsi iştirakçılarına ödənişin hansı qaydada veriləcəyi məlum olub

“Birinci Qarabağ müharibəsi dövründə xəsarət alan elə şəxslər var ki, sonradan onların əlillik dərəcələri dəyişdirilib”.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O, vaxtilə bir neçə dəfə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişin hansı qaydada veriləcəyini açıqlayıb.

H.Məmişov bildirib ki, həmin şəxslərə ödənişlər aldığı ən yüksək əlillik dərəcəsi üzrə veriləcək.

“1992-1997-ci illərdə müharibə zamanı xəsarət almış, lakin sonradan reabilitasiya ilə əlilliyi aradan qaldırılmış şəxslərə və ya əgər həmin şəxs vəfat edibsə, onların vərəsələrinə də birdəfəlik ödəmələr veriləcək”, – DSMF sədri əlavə edib.

Check Also

Son 6 ildə əlilliyə görə sosial ödənişlərə ayrılan illik vəsait 2 dəfədən çox artıb

Son altı ildə (2018-2024) ölkədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, müavinət …